Overçuk: “Ermənistan, Rusiya və Azərbaycan regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına köklənib”

Aleksey Overçuk

© APA | Aleksey Overçuk

# 20 sentyabr 2021 10:57 (UTC +04:00)

"Ermənistan, Rusiya və Azərbaycan regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına köklənib".

APA-nın xəbərinə görə, bunu Rusiya Baş nazirinin müavini, Ermənistan, Rusiya və Azərbaycan Baş nazirlərinin müavinlərindən ibarət işçi qrupun üzvü Aleksey Overçuk İrəvanda keçirilən Ermənistan-Rusiya biznes-forumunda deyib.

“Üçtərəfli işçi qrupun görüşləri keçirilir. Sonuncu görüş avqustun ortasında Moskvada keçirilib. Bütün tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına köklənib. Bunu necə edə bilərik deyə müzakirə gedir”, - deyə A. Overçuk qeyd edib.

Onun sözlərinə görə, nəqliyyat marşrutlarının bərpası əmtəə dövriyyəsinin artırılması və genişləndirilməsi üçün yeni imkanlar yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR