Pakistan Milli Assambleyasının sədri: “Azərbaycan xalqının qələbəsi Pakistanda da qeyd edilib” 

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər

© APA | Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər

# 27 iyul 2021 15:26 (UTC +04:00)

“Bu ilin yanvarında İslamabada üç ölkənin xarici işlər nazirlərinin ikinci görüşü keçirilib. Parlament sədrlərinin üçtərəfli formatının da uğurla fəaliyyət göstərəcəyinə əminəm”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə keçirilən Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Birinci Üçtərəfli Görüşündə Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər bildirib.

Əsəd Qeysər 44 günlük Vətən müharibəsində qazanılan qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının qələbəsi Pakistanda da qeyd edilib. Özüm üçün ə xoşdur ki, Pakistan bayrağı Azərbaycan və Türkiyə bayrağı ilə birgə Azərbaycanda dalğalanıb. Mən bütün şəhidlərə rəhmət diləyirəm”.

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri qeyd edib ki, Camu və Kəşmirin işğalda olan qismi də azad ediləcək: “Mən Azərbaycan və Türkiyə prezidentlərinə təşəkkür edirəm ki, Camu və Kəşmir məsələsində Pakistana dəstək veriblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR