Pakistan səfiri: “İnanıram ki, müxtəlif ölkələrdən turistlər Şuşaya səfər edə biləcəklər” - VİDEO - YENİLƏNİB

Pakistan səfiri: “İnanıram ki, müxtəlif ölkələrdən turistlər Şuşaya səfər edə biləcəklər” - VİDEO  - YENİLƏNİB
# 09 iyul 2021 23:01 (UTC +04:00)

Mətnə video əlavə olunub

***

Saat 18:24

“Şuşada olduğum üçün çox xoşbəxtəm”.

APA-nın məlumatına görə, bunu Şuşada səfərdə olan Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee jurnalistlərə açıqlamasında deyib.

“Şuşada olduğum üçün şanslıyam. Ötən il Azərbaycana gəldikdən sonra azərbaycanlıların hər zaman bir şəhər haqqında xüsusi bəlağətlə danışdığını eşitmişdim. Bu, Şuşa idi. Mən bütün azərbaycanlı dostlarıma, Azərbaycan xalqına öz salamlarımı, təbriklərimi çatdırıram. Bu şəhərin təbiəti, gözəlliyi valehedicidir. Şuşa mənə Pakistandakı gözəl yerləri xatırladır. Buranın iqlimi gözəldir, faydalı suları var. Şuşa qalası möhtəşəmdir. İnanıram ki, tezliklə bu binalar yenidən bərpa olunacaq, müxtəlif ölkələrdən turistlər bu şəhərə səfər edə biləcəklər”, - deyə pakistanlı diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR