Paşinyanın müavini Azərbaycanla sənədin imzalanması məsələsinə münasibət bildirib

Mqer Qriqoryan

© APA | Mqer Qriqoryan

# 23 noyabr 2021 13:08 (UTC +04:00)

Hazırda Azərbaycanla Ermənistan arasında hansısa bir sənədin imzalanması ilə bağlı razılıq yoxdur.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan Baş nazirinin müavini, Üçtərəfli İşçi Qrupun həmsədri Mqer Qriqoryan “Qraparak” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, görüşlərin keçirilib-keçirilməməsindən asılı olmayaraq, demarkasiya və delimitasiya ilə bağlı danışıqlar prosesi getməlidir.

M. Qriqoryan dekabr ayında Brüsseldə keçiriləcək Azərbaycan və Ermənistan liderlərinin görüşünün gündəliyi barədə sualı isə cavablandırmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR