Prezident: "Biz münaqişədən sonrakı dövrün ağrısız keçməsi əzmindəyik" - VİDEO - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin

© APA | Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin

# 20 iyul 2021 23:41 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 22:50

Prezident İlham Əliyev regionda münaqişədən sonrakı vəziyyətə daimi diqqətinə, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirakına görə Rusiya Prezidentinə təşəkkürünü bildirib.

APA xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin ilə görüşdə hərbi əməliyyatlardan sonrakı təmaslar barədə danışıb.

Dövlətimizin başçısı deyib: “Ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR