Putin Avropa Şurasının rəhbəri ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib

​​​​​​​Rusiya Prezidenti Vladimir Putin və Avropa Şurasının sədri Şarl Mişel

© APA | ​​​​​​​Rusiya Prezidenti Vladimir Putin və Avropa Şurasının sədri Şarl Mişel

# 07 iyun 2021 23:10 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Avropa Şurasının sədri Şarl Mişel ilə Dağlıq Qarabağ ətrafındakı mövcud vəziyyət müzakirə edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının daha da ardıcıl həyata keçirilməsinin vacibliyi nəzərə alınaraq, Dağlıq Qarabağ ətrafında mövcud vəziyyət müzakirə edilib.

Həmçinin, bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin açılması, əhalinin humanitar problemlərinin həlli prioritet vəzifələr olduğu vurğulanıb.

Şarl Mişel ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) da daxil olmaqla, həyata keçirilən işlərə dəstəyini dilə gətirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR