Qaribaşvili Aİ-nin xüsusi nümayəndəsi ilə regional sabitliyə dair müzakirə aparıb

Toivo Klaar, İrakli Qaribaşvili

© APA | Toivo Klaar, İrakli Qaribaşvili

# 20 oktyabr 2021 13:56 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə regional sülh və sabitliyə dair müzakirə aparıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı regionda sülh və etimadın bərpasının təmin edilməsinin vacibliyinə fokuslanılıb. Görüşdə Gürcüstan Baş nazirinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşma müsbət qiymətləndirilib və onun regionda dialoqu və təhlükəsizlik mühitini inkişaf etdirdiyi vurğulanıb.

T. Klaar İ. Qaribaşvilinin BMT Baş Assambleyasının 76-cı sessiyasında səsləndirdiyi və regionda sülh və sabitliyin təmin edilməsi məqsədi daşıyan “Cənubi Qafqazda Dinc Qonşuluq Təşəbbüsü” ilə bağlı danışıb və prosesdə Aİ-nin dəstəyinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR