Qazaxıstanın nazir müavini: “Qarabağın işğaldan azad edilməsinə görə sevinirik”

Kayrat Torrebayev

© APA | Kayrat Torrebayev

# 11 sentyabr 2021 15:49 (UTC +04:00)

“Buralar müqəddəs torpaqlardır. Biz Qarabağın işğaldan azad edilməsinə görə sevinirik və Azərbaycanı bu istiqamətdə dəstəkləyirik”.

APA-nın məlumatına görə, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası iqtisadiyyat nazirliklərinin nümayəndələrinin Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında Qazaxıstanın Ticarət və İnteqrasiya nazirinin müavini Kayrat Torrebayev deyib.

Ağdamla bağlı təəssüratlarını bölüşən nazir gördüklərinin onda heç də xoş ovqat yaratmadığını diqqətə çatdırıb: “Hər yer tamamilə dağıdılıb, Ağdama ağlasığmaz dərəcədə mina basdırılıb. Məncə insanlar heç bir halda əziyyət çəkməməlidirlər”.

Nazir müavini münaqişənin bitməsinə görə şad olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR