Rusiya XİN “3+3” formatında görüş məsələsinin tezliklə həllinə ümid edir

Rusiya XİN-in binası

© APA | Rusiya XİN-in binası

# 26 noyabr 2021 15:12 (UTC +04:00)

Rusiya ümid edir ki, Cənubi Qafqaz üzrə “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran) görüşün keçirilməsi uzaq perspektivdə olmayan məsələdir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Hələlik bu məsələlər işlənilir. Bütün iştirakçıların razılığını almaq lazımdır. Nəticə əldə olunanda onun harada keçiriləcəyini açıqlayacağıq. Ümid edirik ki, bu, uzunmüddətli perspektivdə olmayan məsələdir”, - rusiyalı diplomat vurğulayıb.

A. Rudenko qeyd edib ki, üç Qafqaz respublikası və Rusiya, İran və Türkiyənin iştirakı ilə “3+3” formatında Gürcüstan üçün yer Tbilisi müzakirələrdə iştirak etməyə hazır olduğunu bildirənə qədər qalacaq: “Biz gürcülərin bu prosesdə iştirakına tam açığıq. Bu altı dövlətin paytaxtlarından birində görüşün keçirilməsi planlaşdırılır. Əgər Gürcüstan gəlməyə hazır olduğunu təsdiqləməsə, yer Gürcüstan üçün vakant qalacaq. Gürcüstan bunu zəruri hesab edəndə ​​prosesin tamhüquqlu iştirakçısı olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR