Yunanıstanın paytaxtı Afinada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 21-də səfər çərçivəsində Moldova Respublikası Parlamentinin sədri İqor Qrosu ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Sahibə Qafarova Azərbaycanla Moldova arasında diplomatik əlaqələrin qurulmasından, hökumətlərarası birgə komissiyanın yaradılmasından, siyasi və iqtisadi münasibətlərin inkişafından söz açıb.
Görüş zamanı Milli Məclisin sədri Azərbaycanla Moldovanın qanunverici orqanları arasında mövcud əməkdaşlıq əlaqələri və bu əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.
Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin birinci ildönümü ərəfəsində olduğumuzu vurğulayıb.
Spiker işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə də məlumat verib.
Görüşdə Moldova Parlamentinin sədri İqor Qrosu ölkəsinin Azərbaycanla çoxtərəfli əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. O, ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, ikitərəfli səfərlərin intensivləşməsinin vacibliyini qeyd edib. Ölkəsində məskunlaşmış azərbaycanlıların ictimai-siyasi həyatda yaxından və fəal iştirak etdiklərini qeyd edib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə olunub.
Sahibə Qafarova Moldova Parlamentinin sədri ilə görüşüb
© APA | Sahibə Qafarova, Moldova Parlamentinin sədri İqor Qrosu ilə görüş
22 oktyabr 2021 11:59 (UTC +04:00)
Xarici siyasət
Şolts Almaniyada ksenofobiya hallarına münasibət bildirib
15:06
26 aprel 2024
Şolts enerji təchizatı sabitliyinə töhfəsinə görə Azərbaycana təşəkkür edib
14:43
26 aprel 2024
Olaf Şolts: Bu il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına inanırıq
14:41
26 aprel 2024
Səfir: Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq artan xətt üzrə davam edir
14:11
26 aprel 2024