Şefik Caferoviç: “Azərbaycan Prezidentini və xalqını keçən il imzalanan üçtərəfli sazişlə bağlı təbrik edirəm”

Şefik Caferoviç və Prezident İlham Əliyev

© APA | Şefik Caferoviç və Prezident İlham Əliyev

# 04 noyabr 2021 10:51 (UTC +04:00)

“Azərbaycan prezidentini və xalqını keçən il imzalanan üçtərəfli sazişlə bağlı təbrik edirəm. İnanıram ki, bu, regionun inkişafında mühüm rol oynayacaq”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç bildirib.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü pandemiyanın yeni çağırışlara yol açdığını bildirib: “Dünya dəyişdi, vəziyyət heç vaxt əvvəlki kimi olmayacaq. İndi insanlar gələcəyə böyük ümidlə baxa bilmirlər. Pandemiya hələ tam başa çatmayıb. Peyvəndlərin və digər resurslara baxmayaraq, biz hədə də qarşımızdakı gələcəyin necə parlaq olacağı barədə düşünürük”.

Şefik Caferoviç qeyd edib ki, pandemiyanın başa çatmadığı bir dövrdə dünya enerji böhranı ilə üzləşib: “Eyni zamanda miqrasiya da pandemiyadan əvvəl başlanmış bir böhran idi, gələn il bu böhran daha da dərinləşəcək. Böhranların qarşısını almaq üçün səylərimizi birləşdirməliyik. İnsan hüquqlarının təmin olunması istiqamətində ardıcıl iş aparılmasına davam etdirilməlidir. Buna görə də multikulturalizm önəmlidir. İndi dünya bölünmüş, parçalanmış vəziyyətdədir”.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü nəzərə çatdırıb ki, böhranların həli üçün ümumi mexanizmlər olmalıdır: “COVİD-19 heç kimə fərq qoymur. Multikulturalizm müəyyən tədbirlərin görülməsi üçün bir vasitədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR