Səfir: “Cənub Qaz Dəhlizi Azərbaycanı bir çox müttəfiqimizin enerji təhlükəsizliyində ön sıralara çıxarır”

Səfir Li Litzenberqer

© APA | Səfir Li Litzenberqer

# 10 sentyabr 2021 11:50 (UTC +04:00)

“2019-cu ildə Bakıya gəldiyimdən bəri hər il bu Forumda çıxış etmişəm. Azərbaycanın suverenliyi, müstəqilliyi və Avropa enerji təhlükəsizliyinə töhfələrinə dəstəyimizi bir daha qüvvətləndirmək imkanı əldə etdiyimə görə şadam”.

APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer ADA Universitetində keçirilən Regional Enerji Təhlükəsizliyi Simpoziumunda çıxışında deyib.

Səfir bildirib ki, ötən il ərzində enerji sektorunda çox şey baş verib: “Öncə Azərbaycanı, SOCAR-ı və BP-ni gələcək onilliklərdə Avropa enerji təhlükəsizliyini dəstəkləyəcək layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması münasibəti ilə təbrik edirəm.

Cənub Qaz Dəhlizi hökumətin uzaqgörənliyinin, siyasi iradənin, beynəlxalq əməkdaşlığın və özəl sektor bacarıqlarının birləşdiyi təqdirdə nəyə nail oluna biləcəyinin sübutudur. Daha mühüm məqam isə odur ki, Cənub Qaz Dəhlizi Azərbaycanı və SOCAR-ı bizim bir çox müttəfiqimiz və tərəfdaşımız üçün enerji təhlükəsizliyinin ön sıralarına çıxarır.

Mən bir daha ABŞ-ın Cənub Qaz Dəhlizini və Azərbaycanın yeni Avropa bazarlarına çatdırılmaları genişləndirməyə yönəlmiş cəhdlərini dəstəklədiyini təsdiq etmək istərdim”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR