Səfir: “Fransa və Azərbaycan hökumətləri qadınlara qarşı zorakılığın qarşısını almaq üçün bir sıra işlər görüb”

Səfir: “Fransa və Azərbaycan hökumətləri qadınlara qarşı zorakılığın qarşısını almaq üçün bir sıra işlər görüb”
# 08 dekabr 2021 19:59 (UTC +04:00)

Fransanın Azərbaycandakı səfirliyində qadınlara qarşı gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq münasibəti ilə tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Zakari Qross bildirib ki, qadınlar psixoloji, fiziki zorakılıqlara məruz qalır, iqtisadi qeyri-bərabərliklə, hökumətdə təmsilçiliklə bağlı məhdudiyyətlərlə üzləşirlər.

Səfir deyib ki, Fransa və Azərbaycan hökumətləri də gender əsaslı ayrı-seçkiliklə mübarizə, qadınlara qarşı zorakılığın qarşısını almaq üçün bir sıra işlər görüb və bu istiqamətdə fəaliyyət davam edir: “Hələ qarşıda görüləsi işlər çoxdur. Zorakılığa məruz qalan qadınların səsi eşidilməli, onlar susdurmamalıdır. Onlar üzləşdikləri problemləri açıq şəkildə söyləməkdən qorxub çəkinməməlidirlər. Bu istiqamətdə statistik məlumatlar toplanmalı, tədqiqatlar aparılmalı, təqdim olunmalıdır”.

Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl bildirib ki, Azərbaycanda qadınların gender əsaslı zorakılığına qarşı mübarizə çərçivəsində müəyyən işlər görülsə də, bu, kifayət deyil: “Hazırda Bakı ilə müqayisədə Azərbaycanın regionlarında vəziyyət daha çətindir və hətta bu hallar gündəlik həyata inteqrasiya edərək normaya çevrilib. Qadınlara qarşı ayrı-seçkilik halları müxtəlif səviyyələrdə - individual, icma səviyyəsində özünü göstərir, onlar təmsilçilikdə məhdudiyyətlərlə üzləşirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR