Səfir: “Pakistan-Azərbaycan-Türkiyə üçtərəfli formatında iqtisadi əməkdaşlığa şad olarıq”

Səfir Bilal Hayee

© APA | Səfir Bilal Hayee

# 07 iyul 2021 12:34 (UTC +04:00)

“Pakistan Azərbaycanla iqtisadi əməkdaşlıqla yanaşı, Türkiyənin də iştirakı ilə üçtərəfli formatda iqtisadi əməkdaşlığa şad olar”.

APA-nın xəbərinə görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee deyib.

İqtisadiyyatda özəl sektorun vacibliyinə toxunan diplomat özəl biznesi iqtisadiyyatın mühərriki adlandırıb: “İnanırıq ki, bu iqtisadi əməkdaşlıq platforması özəl sektorun potensialının reallaşmasına təkan verəcək.

Biznes qurumları bir-birinə çox şey təklif edə bilər. Tekstil, informasiya texnologiyaları sahəsində Pakistanın geniş təcrübəsi var.

Pakistanın enerji resursları azdır, biz düşünürük ki, SOCAR imkanlarından istifadə edərək bu boşluğu doldura bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR