Sergey Markov: “Zəngəzur dəhlizinin açılması regionda sülh və sabitliyə böyük töhfə verəcək"

Sergey Markov

© APA | Sergey Markov

# 15 noyabr 2021 12:48 (UTC +04:00)

“Biz Şuşada səfərdə olanda bərpa prosesini gördük. Şuşanın əsl sahibləri onu yenidən qurur”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib.

Sergey Markov deyib ki, Azərbaycanın Şuşanı turizm mərkəzinə çevirmək məqsədi doğrudur: “İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın dünyada mövqeləri möhkəmlənir. Prezident İlham Əliyev uzaqgörən liderlərdən biridir. Azərbaycan Prezidenti 21-ci əsrin ordusunu yaradı”.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru qeyd edib ki, Rusiya Cənubi Qafqazda sülhün bərpası üçün hər şey edib: “Zəngəzur dəhlizinin açılması da regionda sülh və sabitliyə böyük töhfə verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR