TBMM sədri: “Müharibəni uduzan Ermənistanın imzaladığı anlaşmanın şərtlərini yerinə yetirəcəyinə inanırıq”

Mustafa Şentop, Türkiyə Böyük Millət Məclisinin sədri

© APA | Mustafa Şentop, Türkiyə Böyük Millət Məclisinin sədri

# 27 iyul 2021 15:40 (UTC +04:00)

“Müharibəni uduzan Ermənistanın imzaladığı anlaşmanın şərtlərini yerinə yetirəcəyinə inanırıq”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə keçirilən Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Birinci Üçtərəfli Görüşündə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

Türkiyə Böyük Millət Məclisinin sədri deyib ki, Ermənistanın Azərbaycanın sülh anlaşması çağırışına cavab verməsi vacibdir. Şimali Kipr probleminə də toxunan Mustafa Şentop qeyd edib ki, Şimali Kipr Türk Cümhuriyyətinin təkliflərinin sülhü təmin edəcəyinə əmindirlər: “Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyətinin 20 iyulda Şimali Kiprə səfərini yüksək dəyərləndirir və bu kimi səfərlərin artacağını gözləyirik. Pakistanın da bu məsələdə mövqeyinin Şimali Kipr üçün böyük əhəmyiyət kəsb etdiyin qeyd etmək istəyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR