Tehran İran və Azərbaycan prezidentlərinin Aşqabad görüşünü yüksək qiymətləndirib

Azərbaycan Prezidenti İlham Əliyev, İbrahim Rəisi

© APA | Azərbaycan Prezidenti İlham Əliyev, İbrahim Rəisi

# 29 noyabr 2021 14:01 (UTC +04:00)

İran və Azərbaycan prezidentlərinin Aşqabadda baş tutmuş görüşü yüksək səviyyədə keçirildi.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə keçirdiyi həftəlik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İran XİN rəhbəri bu gün bu barədə açıqlama yayacaq.

“Tezliklə iki ölkənin mətbuat nümayəndələrinin qarşılıqlı səfərləri baş tutacaq”, - XİN rəsmisi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR