Ter-Petrosyan: “Ermənistanla Azərbaycan arasında sovet sərhədləri tanınmalıdır, bunun alternativi yoxdur”

Levon-Ter Petrosyan

© APA | Levon-Ter Petrosyan

# 10 iyun 2021 15:27 (UTC +04:00)

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hesab edir ki, Ermənistanla Azərbaycan arasında SSRİ dövründə mövcud olmuş sərhəd bərpa olunmalıdır.

APA-nın məlumatına görə, hazırda “Erməni Milli Konqresi” Partiyasına rəhbərlik edən eks-prezident bu gün keçirdiyi mətbuat konfransında bunun alternativinin olmadığını bildirib.

“Məsələ Ermənistanın sovet sərhədlərini tanıyıb-tanımayacağı deyil. Beynəlxalq ictimaiyyət BMT-nin timsalında keçmiş SSRİ respublikalarının müstəqilliyini tanıyıb. Burada heç nəyi dəyişmək olmaz. Ermənistanla Azərbaycan arasında sərhəd - sovet sərhədidir”, - deyə o qeyd edib.

Ter-Petrosyan əlavə edib ki, dəqiq müqavilə imzalanmaya qədər sərhəddə insidentlər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR