Türk Şurasına üzv dövlətlərin jurnalistləri Ağdama səfər ediblər - YENİLƏNİB - FOTO - VİDEO

Türk Şurasına üzv dövlətlərin jurnalistləri Ağdama səfər ediblər - YENİLƏNİB  - FOTO  - VİDEO
# 02 sentyabr 2021 17:46 (UTC +04:00)

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanları üçün “Azərbaycana Media Tur” çərçivəsində Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan olan jurnalistlərin Ağdama səfəri başa çatıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, turda iştirak edən media nümayəndələri əvvəlcə Panahəli xanın İmarət Kompleksində olublar.

Qonaqlar sonra Ağdam Dövlət Dram Teatrı və Cümə məscidinə baş çəkib, şəhərin xarabalığa çevrilmiş qalıqları ilə tanış olublar.

Səfərin sonunda Azərbaycan respublikasının prezidenti İlham Əliyevin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov KİV nümayəndələrinə Ağdam şəhərinin baş planı haqqında da məlumat verib.

Səfərdə iştirak edən xarici KİV nümayəndələri ölkələrinə qayıtdıqdan sonra gördükləri barədə məqalə və sənədli film hazırlayaraq ictimaiyyətə çatdıracaqlarını bildiriblər.

***

14:23

Türk Şurasına üzv və müşahidəçi dövlərlərin media orqanları üçün “Azərbaycana Media Tur” çərçivəsində Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan olan jurnalistlərin Ağdama səfərinə start verilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, turda iştirak edən media nümayəndələrinin Ağdam Cümə Məscidi, Panahəli xanın İmarət Kompleksi və digər yerlərdə olacaqları gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR