Türkiyə XİN başçısı Ceyhun Bayramovu təbrik edib

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 09 iyul 2021 19:36 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 9 iyul - Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə azərbaycanlı həmkarı Ceyhun Bayramovu təbrik edib.

APA-nın xəbərinə görə, Türkiyə XİN başçısı bununla bağlı “Twitter”də paylaşım edib.

“Dəyərli qardaşım - Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov başda olmaqla, bütün azərbaycanlı diplomat qardaş-bacılarımızın Diplomatlar Gününü təbrik edirəm. Yaşasın Türkiyə-Azərbaycan dostluğu!”, - deyə M. Çavuşoğlu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR