Türkiyədə 28 May-Respublika Günü münasibəti ilə xüsusi jurnal dərc edilib

Türkiyədə 28 May-Respublika Günü münasibəti ilə xüsusi jurnal dərc edilib
# 28 may 2021 23:20 (UTC +04:00)

Türkiyədə 28 May-Respublika Günü münasibətilə “Dünəndən bu günə Azərbaycan-Türkiyə əlaqələri” adlı jurnal dərc edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, nəşr İstanbul Universitetində fəaliyyət göstərən Azərbaycan-Türkiyə Qardaşlıq və Həmrəylik Birliyi tərəfindən hazırlanıb.

Türkiyənin İstanbul, Ankara və Antalya şəhərlərində ictimaiyyətə təqdim edilən jurnalda Azərbaycan Demokratik Respublikasının qurulması, Türkiyə-Azərbaycan münasibətləri, Azərbaycanın elm adamları və bir sıra digər mövzularda geniş məqalələr yer alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR