Türkiyənin müdafiə naziri: “Məqsədimiz bütün regionda sabitlik yaratmaqdır”

Türkiyənin müdafiə naziri: “Məqsədimiz bütün regionda sabitlik yaratmaqdır”
# 06 noyabr 2021 00:23 (UTC +04:00)

“Rusiya ilə Türkiyənin birgə monitorinq mərkəzinin fəaliyyəti intensiv şəkildə davam etməkdədir. Bizim məqsədimiz atəşkəsin davamlılığı və bütünlükdə region üçün sabitliyin yaradılmasıdır”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Türkiyədəki Səfirliyinin Ankarada 8 noyabr Zəfər günü ilə bağlı keçirdiyi tədbirdə bildirib.

H.Akar deyib ki, Azərbaycan və Türkiyə prezidentlərinin sülh və sabitlik cəhdlərinin Ermənistana da böyük fayda verəcəyini bu ölkənin rəhbərliyi anlamalıdır: “Cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğanın uzatdığı barış əlini Ermənistan tutarsa, bundan həm böyük sülh, həm rifah, həm də iqtisadi baxımdan böyük mənfəət əldə edə bilər. Bu məsələdə bizim çox geniş baxışımız var. Lazım olarsa, altılıq platforma ilə toplantılar etməklə bütün Qafqazın təhlükəsizliyi üçün çox önəmli addımlar atılacağını da buradan bir daha elan edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR