Viktor Yuşşenko: “Avropa İttifaqı vahid mövqedən çıxış etmir”

Viktor Yuşşenko

© APA | Viktor Yuşşenko

# 05 noyabr 2021 12:49 (UTC +04:00)

“15 ildə ölkəmiz Avropaya inteqrasiya prosesini uğurla tamamlayıb”.

APA-nın xəbərinə görə, bunu Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko VIII Bakı Qlobal Forumu çərçivəsində jurnalistlərə deyib.

Onun sözlərinə görə, 2005-ci ildən Ukraynada vəhdət uğurla həyata keçirilib: “Bunun da nəticəsində bir sıra problemlərin həllinə nail olunub”.

O, eyni zamanda, Avropanın Ukraynaya yanaşmasını da dəyərləndirib.

V. Yuşşenko bildirib ki, hüquqi, habelə iqtisadiyyatın modernizasiyası öhdəliklərinin icrasında heç bir problem yoxdur: “Əsas çətinliklər kommunizm iqtisadiyyatından rəqabətli bazar iqtisadiyyatına keçid dövrü ilə bağlıdır. Hesab edirəm ki, Avropa İttifaqında baş verənlərdən sonra qurum artıq vahid mövqedən çıxış etmir. Xüsusilə də Avrozonanın Şərq siyasəti buxarlanıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR