Azərbaycan XİN başçısı Misirə başsağlığı verib

Azərbaycan XİN başçısı Misirə başsağlığı verib
# 19 aprel 2021 12:37 (UTC +04:00)
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Misirə başsağlığı verib.
APA-nın xəbərinə görə, bu barədə nazir "Twitter"hesabında qeyd edib.
"Qahirənin şimalında baş verən qatar qəzası nəticəsində çoxsaylı insanı ölümü və xəsarət alması xəbərinə dərindən kədərləndim.
Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirəm", - nazir qeyd edib.
Xatırladaq ki, Qahirədə baş verən qatar qəzasında 11 nəfər ölüb, 98 nəfər yaralanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR