Gürcüstanın müdafiə naziri Dursun Həsənovu qəbul edib

Gürcüstanın müdafiə naziri Dursun Həsənovu qəbul edib
# 31 avqust 2020 13:56 (UTC +04:00)

Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Azərbaycan Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovu səlahiyyət müddətinin başa çatması münasibəti ilə qəbul edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı İ. Qaribaşvili Gürcüstanda olduğu müddətdə iki ölkə arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirdiyinə və inkişaf etdirdiyinə görə azərbaycanlı diplomata təşəkkür edib.

"Görüşdə bölgədə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün möhkəm əsas olan Azərbaycanla strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. Həmçinin müdafiə sahəsində ikitərəfli və üçtərəfli əməkdaşlığın formatı, habelə hərbi təhsil və təlim sahəsindəki əlaqələrin əhəmiyyəti müzakirə edilib. Görüşün sonunda İrakli Qaribashvili səmərəli fəaliyyətinə görə bir daha Azərbaycan səfirinə təşəkkür edib və gələcək işlərində uğurlar arzulayıb",- deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR