Peter Sztaray: “Macarıstan Türk Şurasının fəaliyyətinə töhfə vermək istəyir”

#
# 15:26
10 aprel 2021

“Türk Şurasına üzv dövlətlər arasında media sahəsində əməkdaşlıq platformasının yaradılması çox əhəmiyyətlidir”.

APA-nın məlumatına görə, bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında Macarıstan Xarici Əlaqələr və Ticarət Nazirliyinin Təhlükəsizlik Siyasəti üzrə dövlət katibi Peter Sztaray bildirib.

O deyib ki, ölkəsi Türk Şurasının gələcəkdəki fəaliyyətinə töhfə vermək istəyir: “Macarıstan Azərbaycana 44 günlük müharibə zamanı öz dəstəyini verdi. Biz də Azərbaycan kimi dezinformasiya hücumları ilə qarşılaşmışdıq. Macarıstan və Türk Şurasına üzv dövlətlər arasında media platformasının yaradılması çox vacibdir. Reallıqları dünyaya çatdırmaq üçün bu edilməlidir. Dezinformasiyaların qarşısının alınmasında bu platforma çox əhəmiyyətli olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR