Sergey Lavrov Azərbaycana gəlir

Sergey Lavrov Azərbaycana gəlir
# 28 noyabr 2019 13:35 (UTC +04:00)

Rusiya Xarici İşlər naziri Sergey Lavrov dekabrın 2-3-də Azərbaycana səfər edəcək.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, səfər zamanı S. Lavrov Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR