Səfir: “Azərbaycanda fransız dilinə böyük maraq var” - FOTO

Səfir: “Azərbaycanda fransız dilinə böyük maraq var” - FOTO
# 28 noyabr 2019 19:38 (UTC +04:00)

Fransanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda beynəlxalq fransız dili müəllimləri günü münasibətilə tədbir keçirilib.

APA-nın xəbərinə görə, Fransanın Azərbaycandakı səfiri Zakari Qross bildirib ki, hazırda dünyada 274 milyon nəfərdən çox insan fransız dilində danışır.

“20 mart 2018-ci ildə Fransa Prezidenti çıxışında bildirdi ki, məqsədimiz yaxın gələcəkdə fransız dilini 3-cü ən çox danışılan dilə çevirməkdir. O, bu məqsədə çatmaq üçün müəyyən məqamları da qeyd etdi. Bu fransız dili ilə bağlı beynəlxalq günün təsisi, fransızdilli məktəblərin fəaliyyətə başlaması, universitetlərdə fransız dili üzrə ixtisaslaşan bölmələrin açılmasıdır. Hazırda dünyada 209 fransızdilli məktəb fəaliyyət göstərir ki, həmin məktəblərə Fransa hökuməti dəstək verir”, - deyə səfir qeyd edib.

Səfir Azərbaycanda fransız dilinə böyük marağın olduğunu diqqətə çatdırıb: “2020-ci ildə Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycanda fransız dili üzrə ixtisaslaşmış siniflərin olacağına ümid edirik”.

Z. Qross deyib ki, UFAZ-la əməkdaşlıqda əldə edilən uğurlar digər Azərbaycan universitetləri ilə əməkdaşlıq üçün stimul verir.

Fransız diplomat Azərbaycanda fransız dilini tədris edən müəllimlərə təşəkkür edib: “Azərbaycan çətin mərhələlərdən keçib və siz bu çətinliklərə baxmayaraq fransız dilini tədris etmisiniz, buna görə sizə təşəkkür edirəm”.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, təhsil sahəsinin inkişafı dövlətin əsas prioritetlərindən biridir. O qeyd edib ki, Fransa və Azərbaycan arasında yaxın əlaqələr və əməkdaşlıq var və bu təhsil sahəsini də əhatə edir: “Hazırda Azərbaycanda fransız dilini tədris edən məktəblərin sayı 345-dir. 7 ali təhsil müəssisəsində fransız dili tədris olunur, Azərbaycan Dillər Universitetində fransız dili mərkəzi fəaliyyət göstərir. "Sabah" kurslarında 2015-2018-ci illərdə fransız dili ikinci əsas dil kimi tədris olunub. Xaricdə Təhsil dövlət proqramı çərçivəsində 126 gənc Fransada təhsil alıb.

Daha sonra səfir Zakari Qross dörd fransız dili müəlliminə Akademik Palma ordeni və diplomlar təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR