Lavrov: “Azərbaycanla münasibətlərimiz, birgə layihələrimiz daha da genişlənəcək”

Lavrov: “Azərbaycanla münasibətlərimiz, birgə layihələrimiz daha da genişlənəcək”

© APA | Sergey Lavrov

# 11 may 2021 13:17 (UTC +04:00)

“Biz dünən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə geniş müzakirələr apardıq”.

APA-nın xəbərinə görə, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında deyib.

Rusiyalı nazir bildirib ki, bu gün isə C. Bayramovla geniş müzakirələr aparıb: “Münasibətlərin daha da inkişafının perspektivləri müzakirə mövzusudur. Bu ilin 4 ayında bizim prezidentlər 5 dəfə telefonla danışıblar. Üçtərəfli bəyanatlara dair öhdəliklərin icrasını müzakirə ediblər”.

XİN başçısı qeyd edib ki, hər iki ölkənin qurumlarının qarşılıqlı əməkdaşlığını yüksək qiymətləndirirlər: “Pandemiya ilə əlaqədar bizim ölkələr arasında əmtəə dövriyyəsi bir qədər azalsa da, 3 milyon dollar təşkil edir. Bizim münasibətlərimiz, birgə layihələrimiz daha da genişlənəcək. Bizim iqtisadi operatorlarımız Azərbaycandakı iqtisadi sahədə də əməkdaşlığa hazırdır”.

Nazir vurğulayıb ki, Rusiya ilə Azərbaycanın ailə təhsil sahəsində də yüksək əməkdaşlığı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR