Bank Of Baku

Azərbaycan və Türkiyənin birgə istehsalı olan tapançalar beynəlxalq müdafiə sərgisində nümayiş etdiriləcək

Azərbaycan və Türkiyənin birgə istehsalı olan tapançalar beynəlxalq müdafiə sərgisində nümayiş etdiriləcək
# 01 sentyabr 2010 13:42 (UTC +04:00)
APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycan sərgiyə geniş çeşiddə silah və müdafiə təyinatlı avadanlıqlar çıxarmağı planlaşdırır. Bu silahlar arasında artıq Azərbaycan Silahlı Qüvvələrinin inventarına daxil olan, Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Elmi-İstehsalat Müəssisəsi və Türkiyənin Trabzon Silah Sənaye Anonim Şirkətinin (TİSAŞ) müştərək istehsalı olan “İnam”, “Zəfər-K” və “Zəfər” tapança modelləri də var. Tapançalar MSN-in stendində sərgilənəcək.

APA-nın TİSAŞ şirkətindən əldə etdiyi məlumata görə, müştərək istehsal olan tapançalarla yanaşı, sərgidə TİSAŞ-ın özünün istehsalı olan “Zigana”, “Kanuni” və “Fatih” modellərini də nümayişə çıxaracaq.

Qeyd edək ki, “İnam”, «Zəfər-K” və “Zəfər” tapançaları 50%-i TİSAŞ, 50%-i isə “İqlim" Elmi-İstehsalat Müəssisəsinin payı olmaqla istehsal edilir. Bu tapançaların “Makarov” və TT modellərindən fərqi darağının 15 güllə tutumu olması, həmçinin 18 və 20 güllə tutumlu daraqlardan da istifadəsinin mümkünlüyüdür.

Xatırladaq ki, “AAD-2010” beynəlxalq müdafiə sərgisi bu il sentyabrın 20-25-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR