ABŞ və Rusiya xarici siyasət idarələrinin rəhbərləri Ukraynadakı prosesləri müzakirə ediblər

ABŞ və Rusiya xarici siyasət idarələrinin rəhbərləri Ukraynadakı prosesləri müzakirə ediblər
# 01 mart 2014 07:32 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. ABŞ dövlət katibi Con Kerri ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ABŞ tərəfinin istəyi ilə baş tutan söhbət zamanı Ukraynadakı hadisələrin hüquq müstəvisinə qaytarılması, habelə 21 fevral razılaşmalarının icrası müzakirə olunub.

İki ölkənin xarici siyasət idarələrinin rəhbərləri radikal qrupların qarşısının alınması, Ukraynanın bütün siyasi qüvvələrinin və bölgələrinin maraqlarının nəzərə alınması şərti ilə milli barışığın vacibliyini vurğulayıblar.

C.Kerri ilə S.Lavrov həmçinin Suriya məsələsini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR