İkinci Azərbaycan-Fransa Universitetlərarası Forumu başlayıb - FOTOSESSİYA - VİDEO

İkinci Azərbaycan-Fransa Universitetlərarası Forumu başlayıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 04 aprel 2014 08:14 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. ADA Universitetində Fransanın Azərbaycandakı səfirliyi və “Kampüs Frans” agentliyi ilə birgə təşkil edilən II Azərbaycan-Fransa Universitetlərarası Forumu başlayıb. APA-nın məlumatına görə, forumda Fransanın 14 universitetinin və müxtəlif Azərbaycan universitetlərinin nümayəndələri iştirak edir.

Forumun açılışında çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev artıq ikinci dəfədir keçirilən bu tədbirin əhəmiyyətini vurğulayıb. O, ADA ilə bir çox ölkələrin universitetləri arasında əməkdaşlığın genişləndiyini deyib. Forumun sabah da davam edəcəyini söyləyən rektor, aprelin 5-də tələbələrlə görüş olacağını açıqlayıb.

Təhsil nazirini müavini Ceyhun Bayramov çıxışında bildirib ki, təhsilin rolu heç vaxt indiki qədər mühüm olmayıb. Onun sözlərinə görə, yüksək keyfiyyətli təhsil almış gənclər ölkədə mühüm islahatların həyata keçirilməsinə töhfə verə bilərlər. Nazir müavini bəyan edib ki, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair dövlət proqramı çərçivəsində indiyə kimi 2612 tələbə dünyanın qabaqcıl ölkələrində təhsil almaq hüququ qazanıb. Onlar bu gün özəl və dövlət sektorunda uğurla fəaliyyət göstərirlər. Dövlət proqramına Fransanın 37 universiteti də daxil edilib. C. Bayramov bu forumun iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyini vurğulayıb.

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye forumun zəruriliyini qeyd edib: “Fransa Azərbaycanla əməkdaşlığı daha da möhkəmləndirmək əzmindədir. Birgə çalışmaq üçün əlimizdə böyük imkanlar var. Fransaya gedən azərbaycanlı tələbələr həqiqətən yüksək biliklər əldə ediblər. Biz bu fəaliyyətimizi davam etdirməliyik".

Qeyd edək ki, tədbir zamanı ADA Universiteti və Fransanın İESEG menecment institutu arasında anlaşma Memorandumu imzalanacaq.

Forum işini aprelin 5-də yekunlaşdıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR