Dow Jones indeksi 1,2%, S&P 500 indeksi 1,1%, Nasdaq indeksi 1,0% yüksəlib

 Dow Jones indeksi 1,2%, S&P 500 indeksi 1,1%, Nasdaq indeksi 1,0% yüksəlib
# 12 fevral 2014 06:50 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 11-də Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 15 995 bəndədək, S&P 500 1,1% - 1 820 bəndədək, Nasdaq 1,0% - 4 191 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların yüksəlməsinə Federal Ehtiyat Sisteminin yeni rəhbəri Canet Yellenin Konqresdə çıxışı təsir edib. C.Yellen bəyan edib ki, əmək bazarında vəziyyət yaxşılaşacağı və inflyasiya proqnoz səviyyəyə yaxınlaşacağı təqdirdə, FES aktivlərin geri alınması proqramını tədricən bağlanmasını davam etdirəcək. Bundan əlavə o bildirib ki, işsizlik səviyyəsi 6,5%-ə, inflyasiya isə 2%-ə enəndən sonra da baza faiz dərəcəsi 0-0,25% dəhlizində saxlanılacaq.

Avropa fond bazarlarında fevralın 11-də FTSE 100 indeksi 0,9% - 6 653 bəndədək, Almaniya DAX-ı 1,6% - 9 437 bəndədək, Fransa CAC-40-ı isə 0,7% - 4 267 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 287,20 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3626 dollar (-0,3%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR