Azərbaycan ərazisində buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə çiskin olacaq - VİDEO

Azərbaycan ərazisində buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə çiskin olacaq - <span style="color: red;">VİDEO
# 10 fevral 2014 09:18 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4 dərəcə isti, gündüz 5-9 dərəcə isti olacaq.

Fevralın 11-də Azərbaycanın rayonlarında hava gün ərzində əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq. Bəzi şərq rayonlarında havanın çiskinli olma ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza əsasən, yaxın 2-3 gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR