İranda avtobus qəzası baş verib, 2 nəfər ölüb

İranda avtobus qəzası baş verib, 2 nəfər ölüb
# 14 iyun 2013 10:51 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Əlborz vilayətində avtobus qəzası baş verib. APA-nın “Oyannews”a istinadən məlumatına görə, bu barədə Əlborz vilayətinin Fövqalədə Hallar Komissiyasının sədr müavini Arəş Rəhməti açıqlama verib.

Onun sözlərinə görə, vilayətin mərkəzi Kərəc şəhərinin yaxınlığındakı Həştgərd rayonunda baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb: “Avtobus qarşıdan gələn TIR-la toqquşmaqla öz yolundan çıxaraq aşıb. Hadisə yerli vaxtla 04:04-də baş verib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra ən yaxınlıqdakı xəstəxanalara qaldırılıblar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR