Azərbaycan Müdafiə Nazirliyi uzun müddətdir ləngiyən hərbi qanunvericiliyə dair layihələrə müsbət rəy verib - VİDEO

Azərbaycan Müdafiə Nazirliyi uzun müddətdir ləngiyən hərbi qanunvericiliyə dair layihələrə müsbət rəy verib - <span style="color: red;">VİDEO
# 06 fevral 2014 12:21 (UTC +04:00)

Parlamentdən APA-ya verilən məlumata görə, bunlar “Hərbi qulluqçuların statusu haqqında” və “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında” qanun layihələridir. Layihələr artıq yaz sessiyasının iş planına daxil edib.

Qeyd edək ki, hər iki sənədin müzakirəyə çıxarılması üçün bütün aidiyyəti güc strukturları rəy versə də, Müdafiə Nazirliyi rəyini gecikdirirdi. Nazirliyin rəhbərliyində baş verən dəyişiklikdən sonra həyata keçirilən islahatlar sırasında bu sənədlərə müsbət rəy verilməsi də var.

“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsində hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi və mənzil təminatı məsələləri əksini tapıb. Digər güzəştlərlə yanaşı, hərbi qulluqçulara dövlət qulluqçusu statusunun verilməsi də təkliflər arasındadır.

“Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında” qanun layihəsində isə əlavə hərbi birləşmələrin yaradılmasına zəmin yaradacaq müddəalar yer alır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR