Xaricdə oxumaq üçün sənəd verən azərbaycanlı tələbələrin daha çox maraq göstərdiyi ixtisasların adı açıqlanıb

Xaricdə oxumaq üçün sənəd verən azərbaycanlı tələbələrin daha çox maraq göstərdiyi ixtisasların adı açıqlanıb
# 26 sentyabr 2013 09:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu il xaricdə oxumaq üçün sənəd verən azərbaycanlı tələbələrin daha çox maraq göstərdiyi ixtisasların adı açıqlanıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, 2013-2014-cü tədris ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün müraciət edən gənclərimiz daha çox iqtisadiyyat, tibb, mühəndislik, informasiya texnologiyaları və turizm ixtisas istiqamətlərinə maraq göstərirlər.

Nazirlik tələbə köçürmələri ilə bağlı məsələyə də aydınlıq gətirib. Bildirilib ki, hazırda ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması 1996-cı ildə təsdiq olunmuş Əsasnamə ilə tənzimlənir. Ötən illərin təcrübəsi, xüsusən də respublikanın 2005-ci ildə Boloniya prosesinə qoşulması və Boloniya Bəyannaməsinin əsas tələbi olan ali təhsil müəssisələrində tədrisin kredit sistemi ilə təşkili, həmin əsasnamədə müvafiq dəyişikliklərin aparılması zərurətini yaradıb. Qeyd olunanları nəzərə alaraq, Təhsil Nazirliyi tərəfindən yeni qaydaların layihəsi hazırlanıb və hazırda müvafiq struktur bölmələrində geniş müzakirə olunur. Həmin layihə təsdiq edildikdən sonra onun əsas müddəaları geniş ictimaiyyətə çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR