“Ən yaxşı sosial çarx” müsabiqəsi yekunlaşıb

“Ən yaxşı sosial çarx” müsabiqəsi yekunlaşıb
# 08 oktyabr 2013 09:56 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Gənclər Fondunun keçirdiyi “Ən yaxşı sosial çarx” müsabiqəsi yekunlaşıb.

Fonddan APA-ya verilən məlumata görə, 15 iyul-1 oktyabr 2013-cü il tarixlərində gənclər arasında keçirilən qısametrajlı sosial çarxlar müsabiqəsinin məqsədi gənclərin yaradıcılıq potensialından istifadə edərək cəmiyyətin diqqətini gənclərin sosial problemlərinin həllinə istiqamətləndirmək olub.

Müsabiqədə 14-29 yaş arasında olan gənclər və ya gənclərin təşəbbüs qrupları iştirak edib. Müsabiqə çərçivəsində iştirakçılar tərəfindən hazırlanmış qısametrajlı sosial çarxlar bu istiqamətləri əhatə edib: Yol hərəkəti təhlükəsizliyi və mədəniyyəti, Vətənpərvərlik, Ekologiya və ətraf mühitin qorunması, Gənclik və təhsilin təbliği, Milli adət və ənənələrimiz, Müasir ailə dəyərləri.

Müsabiqənin şərtlərinə əsasən, ağ-qara və yaxud rəngli, MP4, 1020p-HD formatda 3 (üç) dəqiqəyə qədər çəkilmiş və DVD diskə köçürülmüş çarxlar təqdim olunub.

Müsabiqə üzrə 1-ci yer üçün 2000 manat, 2-ci yer üçün 1500 manat, 3-cü yer üçün isə 1000 manat məbləğində pul mükafatı və diplom təqdim olunacaq.

Müsabiqə çərçivəsində gənclər tərəfindən 55 sosial çarx təqdim edilib.

Önümüzdəki həftə ərzində münsiflər heyəti tərəfindən çarxlara baxış keçiriləcək və bir neçə gün ərzində qalib çarxlar müəyyənləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR