Ukraynalı rejissorun Lənkəran teatrında quruluş verdiyi yeni tamaşanın premyerası olub - FOTOSESSİYA

Ukraynalı rejissorun Lənkəran teatrında quruluş verdiyi yeni tamaşanın premyerası olub  - <span style="color: red;">FOTOSESSİYA
# 07 noyabr 2013 21:32 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında rus ədəbiyyatının klassiki N.V.Qoqolun “Ölü canlar” əsərinin motivləri əsasında yazıçı Mixail Bulqakovun səhnələşdirdiyi eyni adlı tamaşanın premyerası olub. APA-nın cənub bürosunun məlumatına görə, Ukraynadan dəvət olunmuş istedadlı rejissor Arkadi Nepitalyukun quruluş verdiyi bu səhnə əsərində müəllifin irəli sürdüyü ideya rejissor tərəfindən tamaşanın səhnə həllində müasir dövrün reallıqlarına uyğun yeni detallarla zənginləşdirilib. Tamaşanın səhnə tərtibatı Yevgeniya Nepitalyuka, musiqi tərtibatı isə bəstəkar Sərdar Fərəcova məxsusdur.

Əsas rolları respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artist Adil Zeynalov, aparıcı artistlər Eynəli Nurullayev, Əlibala Əsgərov, Miraslan Agayev, Əbülfəz Axundov, Zemfira Nəcəfova, Qızılgül Quliyeva, Aynur Əhmədova, Emin Fərzullayev, Səyyad Əliyev və digərləri ifa edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR