Sumqayıtda “Xəzər həftəsi” ilə əlaqədar tədbir keçirilib

Sumqayıtda “Xəzər həftəsi” ilə əlaqədar tədbir keçirilib
# 26 sentyabr 2013 16:54 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Sentyabrın 26-da“Xəzər həftəsi” ilə əlaqədar Sumqayıt şəhərində ictimaiyyətin maarifləndirilməsinə xidmət edən mədəni-kütləvi tədbirlər keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) APA-ya verilən məlumata görə, tədbirlər planına əsasən nazirliyin nümayəndələrinin, yerli bələdiyyələrin, ictimaiyyətin iştirakı ilə Sumqayıt şəhərində Nəsimi parkı ilə Xəzər dənizi arasındakı sahil zolağının 1500 m2 ərazisində iməcilik keçirilib və ərazi məişət tullantılarından təmizlənib.

Qeyd edək ki, ETSN tərəfindən “Xəzər həftəsi”nin yüksək səviyyədə qeyd olunması məqsədilə cari ilin 23-28 sentyabr tarixlərini əhatə etməklə hazırlanan müvafiq tədbirlər planına uyğun olaraq Xəzərsahili şəhər və rayonların orta təhsil müəssisələrində müxtəlif kütləvi maarifləndirici tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR