Bakının mərkəzində yük maşını minik avtomobilinə çırpılıb - FOTO - VİDEO

Bakının mərkəzində yük maşını minik avtomobilinə çırpılıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 13 fevral 2014 00:00 (UTC +04:00)

APA-nın məlumatına görə, Sәmәd Vurğun vә Füzuli küçәlәrinin kәsişmәsindә “Shacman” markalı yük maşını “Hyundai” markalı minik maşını ilә toqquşub. Nəticədə minik maşını aşıb.

“Hyundai”-ın sürücüsü Sәmәd Vurğun küçәsi ilә hәrәkәtdә olarkәn işıqforun qırmızı işığında hәrәkәtini davam etdirib. Nəticədə yük maşını ona çırpılıb. Hadisә zamanı ciddi xәsarәt alan olmasa da, avtomobillәrә ziyan dәyib.

Minik maşınının sürücüsünün sәrxoş olduğu bildirilir. O, YPX әmәkdaşları tәrәfindә hәkim müayinәsinә aparılıb. “Shackman” yük maşının sürücüsü Nəsimi Rayon Polis İdarəsinin 21 bölməsinə aparıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR