DİN beş gün əvvəl maşını ilə birlikdə itkin düşən şəxs haqqında məlumat yayıb - YENİLƏNİB

DİN beş gün əvvəl maşını ilə birlikdə itkin düşən şəxs haqqında məlumat yayıb - <span style="color: red;">YENİLƏNİB
# 17 fevral 2014 09:20 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyi (DİN) avtomobili ilə birlikdə itkin düşən Neftçala sakini barədə məlumat yayıb.

DİN-dən APA-ya verilən məlumata görə, Neftçala rayonu Yuxarı Qaramanlı kənd sakini, 1960-cı il təvəllüdlü Yasin Ədalət oğlu Rüstəmov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək fevralın 12-si saat 20 radələrində qardaşı, 1964-cü il təvəllüdlü Kamal Rüstəmovun özünə məxsus “VAZ-21011” markalı avtomobili ilə evdən çıxması və geri qayıtmaması barədə məlumat verib.

Həyata keçirilən tədbirlər nəticəsində K. Rüstəmovun avtomobili Yuxarı Qaramanlı kəndinin ərazisində yanmış vəziyyətdə tapılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

İlkin yoxlama, əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, itkin düşən şəxsin qardaşının APA-ya verdiyi məlumata görə, verdiyi məlumata görə, Yuxarı Qaramanlı kənd sakini, 1964-cü il təvəllüdlü Rüstəmov Kamal Ədalət oğlu taksi sürücüsü kimi fəaliyyət göstərirmiş. Fevralın 12-də saat 20.00 radələrində qardaşı evdə olarkən onu naməlum şəxslər çağırıb. Həmin şəxslər Kamal Rüstəmovdan onları harasa aparmağı xahiş ediblər. Bütün gecəni evə qayıtmayan Kamal Rüstəmovun idarə etdiyi VAZ 21011 markalı 47 ** 421 dövlət nömrə nişanlı avtomobil səhər saatlarında yanmış halda qonşu Pirəbbə kəndinin ərazisində aşkar edilib. Eyni zamanda avtomobilin yanında onun ayaqqabısı da aşkar edilib. Lakin yanmış avtomobilə polis tərəfindən baxış keçirilərkən hər hansı cəsəd aşkar edilməyib.

Hazırda Neftçala polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri həyata keçirilir. Neftçala polis şöbəsinin növbətçi hissəsindən hadisə ilə bağlı təfsilatlı məlumat almaq mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR