Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin Bakıda yeni idarə binasının açılış mərasimi keçirilib - FOTO

Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin Bakıda yeni idarə binasının açılış mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 23 dekabr 2013 14:16 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Azərbaycan Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin 6 saylı Xəzinədarlıq İdarəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib. Nazirlikdən «APA-Economics», Bakı şəhərinin Nizami rayonunda keçirilən mərasimdə bildirilib ki, müasir standartlara uyğun inşa olunan inzibati binada normal iş fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Binada bütün otaqlar kompüter və ən müasir zəruri avadanlıqlarla təmin edilib ki, bu da büdcə təşkilatlarına göstərilən xəzinə xidmətinin keyfiyyətini və operativliyini artırır. Qeyd olunub ki, 6 saylı Xəzinədarlıq İdarəsi 40-dək büdcə təşkilatlarına xidmət göstərir.

Açılış mərasimində çıxış edən maliyyə naziri Samir Şərifov qeyd edib ki, son illərdə Maliyyə Nazirliyi əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması, eyni zamanda, Nazirliyin tabeliyində olan qurumların müstəqil inzibati binalarla təmin olunması istiqamətində ciddi işlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR