Demokratik Qüvvələr Birliyinin növbəti toplantısı Milli Şuraya həsr olunacaq

Demokratik Qüvvələr Birliyinin növbəti toplantısı Milli Şuraya həsr olunacaq
# 05 dekabr 2013 09:14 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Demokratik Qüvvələr Birliyinin (DQB) gələn həftə keçiriləcək sessiyasında Milli Şuranın son sessiyası müzakirə olunacaq.

Bunu APA-ya açıqlamasında DQB-də təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin sədri Bəybala Əbil söyləyib.

Bəybala Əbil deyib ki, DQB-də təmsil olunan KXCP, Açıq Cəmiyyət Partiyası və Böyük Azərbaycan Partiyası Milli Şurada da təmsil olunur. DQB-dəki digər partiyalara gəlincə, Liberal Partiyası seçkidən sonra Milli Şuradan çıxıb, Azərbaycan Milli İstiqlal Partiyası (, Xalq Azadlıq Partiyası və Demokratik İslam Partiyası isə öncədən Milli Şurada təmsil olunmayıb.

Bəybala Əbil hazırkı mərhələdə DQB-nin Milli Şura ilə bağlı vahid mövqeyinin ortaya qoyulmasının tez olduğunu söyləyib: “Hələ ki, bu məsələ ilə bağlı qeyri-müəyyənlik var və bu mərhələdə Milli Şuraya münasibətdə status-kvo qorunub saxlanacaq. Proseslərin gedişindən asılı olaraq növbəti mərhələlərdə DQB-nin Milli Şura ilə bağlı vahid mövqeyi müəyyənləşə bilər. DQB-nin gələn həftə keçiriləcək toplantısında, sadəcə, Milli Şuranın son sessiyası müzakirə mövzusu olacaq, bu qurumdakı proseslərlə bağlı fikir mübadiləsi aparılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR