Gürcüstanın Prezident Sarayında «açıq qapı» günü keçirilib - FOTO

Gürcüstanın Prezident Sarayında «açıq qapı» günü keçirilib - <span style="color: red;">FOTO
# 16 noyabr 2013 15:53 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu məqsədlə saraya gələn insanlar üçün ekskursiya təşkil edilib. Sarayın daxili interyeri və prezidentin iş şəraiti ilə tanış olmaq üçün Tiflis şəhər sakinləri, eləcə də Gürcüstana qonaq gələn şəxslər saatlarla növbəyə durub, saraya daxil olaraq buradakı muzey və dövlət başçısının iş otağı ilə tanış olublar. Ekskursiyaya gələnləri Prezident Aparatının rəhbəri Andro Barnov və prezidentin mətbuat xidmətinin əməkdaşları qarşılayıblar. Sonra yüzlərlə sakin prezident Mixail Saakaşvilinin iş masası və divanında əyləşərək fotoşəkil çəkdirib, sarayın qülləsinə çıxaraq oradan Tiflis şəhərinin mənzərəsini seyr ediblər. Ekskursiyanın sonunda qonaqlar prezidentin xatirə kitabına ürək sözlərini yazıblar.

Qeyd edək ki, bu gün Prezident Sarayının son fəaliyyət günüdür. Sonradan sarayın Xarici İşlər Nazirliyi və yaxud Təhsil və Elm Nazirliyinə veriləcəyi bildirilir.
Xatırladaq ki, sabah, noyabrın 17-də Tiflisdə Gürcüstanın yeni seçilmiş prezidenti Georgi Marqvelaşvilinin andiçmə mərasimi keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR