Fidan Hacıyeva ilk dəfə olaraq Heydər Əliyev Sarayında solo-konsert verəcək - FOTOSESSİYA

Fidan Hacıyeva ilk dəfə olaraq Heydər Əliyev Sarayında solo-konsert verəcək - <span style="color: red;">FOTOSESSİYA
# 18 fevral 2014 10:55 (UTC +04:00)

Fidan Hacıyeva: “Tamaşaçıların konsertimə gəlmələrini istərdim”

Bakı. Cavid Zeynalov - APA. Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva aprelin 19-da Heydər Əliyev Sarayında solo konsert proqramı ilə çıxış edəcək.

Bu barədə APA-ya açıqlama verən F.Hacıyeva ciddi-cəhdlə konsertə hazırlaşdığını deyib. İlk dəfə olaraq paytaxtın böyük səhnəsində konsert verəcək əməkdar artist bu çıxışa xüsusi hazırlaşır.

Heydər Əliyev Sarayındakı konsertin fərqli üslubda olacağını vurğulayan sevilən sənətçi çıxış boyu səhnədə 150 nəfərdən ibarət Opera və Balet Teatrının Simfonik Orkestrinin onu müşayiət edəcəyini əlavə edib: “Bu konsert operanın sintezi və pop-caz qrupunun birləşməsi olacaq. Bu, opera üslubunda ilk belə sintezdir. Konsertin birinci hissəsində tamaşaçılara tanış əsərlər səslənəcək, ikinci hissədə isə sırf romanslar olacaq. Konsertin baş dirijoru Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Cavanşir Cəfərovdur. Konsert üçün bir neçə il Amerikada təhsil almış oranjemançı Allahyar Rzayev tərəfindən yeni partituralar yazılır. Konsert boyu hər ifa zamanı arxada quraşdırılmış LED ekranda yeni çəkdiyimiz video-çarxlar olacaq. Bu solo çıxış üçün bütün dostlarım birləşib və mən hər birinə təşəkkür edirəm”. Konsertdə F.Hacıyevanın tərəf müqabilləri də olacaq.

Klassik musiqinin öz tamaşaçısı olduğunu bildirən F.Hacıyeva izləyicilərin konsertə bilet alıb gələcəklərinə inanır: “Düşünürəm ki, hər bir musiqi janrının həvəskarları var. Biz heç bir tamaşaçını məcburi şəkildə konsertə gətirə bilmərik. Amma dünyanın istənilən ölkəsində analar övladlarını lap körpə yaşlarından klassik konsertlərə aparırlar. Çox təəssüf ki, biz də buna fərqli yanaşılır. Çox istərdim ki, solo konsertimə gəlsinlər, çünki həqiqətən də həmin gün çox maraqlı olacaq. Həmin gün bu illər ərzində qazandığım təcrübəni nümayiş etdirmək arzusundayam”. F.Hacıyeva onu da əlavə edib ki, Heydər Əliyev Sarayında konsert vermək üçün ifaçı çox böyük zirvəni qazanmalıdır.

Onu da əlavə edək ki, konsertdə Fidan Hacıyevanın geyimləri çox maraqlı olacaq: “Konsert boyu hər obrazın öz geyimi olmalıdır. Hər bir mahnıya ayrı-ayrı video-çarxlar çəkiləcək. Bu video-çarxların hər biri klip şəklindədir. Bir sirri də açıqlamaq istəyirəm, qızım moda ilə çox yaxından maraqlanır və bu sahəyə həvəsi böyükdür. Qızım konsertimə bir paltar dizayn etmək istəyini dedi. Düşünürəm ki, yaxşı olsa, həmin gün qızımın bir libasını da geyinəcəyəm”. Aprelin 19-da baş tutacaq konsertin biletlərinin qiyməti 15-80 manat arasında satışa çıxarılıb. Şəhərin bütün mərkəzi kassalarından klassik musiqi axşamına bilet əldə etmək mümkündür.

Qeyd edək ki, konsertin informasiya dəstəyi APA, Lent.azVesti.az informasiya agentliklərinə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR