İran İslam inqilabından 35 il ötür - FOTOSESSİYA

İran İslam inqilabından 35 il ötür - <span style="color: red;">FOTOSESSİYA
# 11 fevral 2014 10:44 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran İslam inqilabından 35 il ötür. APA-nın məlumatına görə, bu münasibətlə ölkə daxilində və xaricində milyonlarla insanın qatıldığı yürüş-mitinq keçirilib.

İranın paytaxtı Tehran şəhərində yüz minlərlə adam nəhəng ölkə bayrağını əllərində tutaraq “Azadi” (Azadlıq) meydanına doğru hərəkət edib. Onlar həmçinin “ABŞ-a ölüm!”, “İsrailə ölüm!”, “Savaşarıq, ölərik, ancaq razılaşmarıq!”, “Bu ordu rəhbərin eşqi ilə arenada!” kimi şüarlar səsləndiriblər, eyni zamanda bu cür şüarlar yazılmış plakatlar qaldırıblar, Böyük Britaniya bayrağını yandırıblar.

Yürüşə İran Nazirlər Kabinetinin üzvləri, İran Məsləhət Şurasının, İran Məhkəmə Sisteminin rəhbərliyi, müctəhidlər, sabiq dövlət rəsmiləri və s. qatılıblar. Tehran şəhərində aksiyanı 270 nəfəri əcnəbi olmaqla 2500 jurnalist və fotomüxbir müşahidə edib. Onların arasında “əl-Cəzirə”, “əl-Məyadin”, UPI , “Associated Press”, “Frans-Press”, ZDF, CCTV, “The Wall Street Journal”, “Le Figaro” və digər KİV nümayəndələri də var. İran prezidenti xalqın qarşısında çıxış edib.

Qeyd edək ki, 1979-cu il fevralın 11-də İranda Pəhləvi rejiminə qarşı keçirilən aksiyalar və mitinqlər öz nəticəsini verib və ölkədə 2500 il ömür sürən monarxiya rejiminə son qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR