Sloveniyada Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 95 illik yubileyi keçiriləcək

Sloveniyada Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 95 illik yubileyi keçiriləcək
# 01 noyabr 2013 16:01 (UTC +04:00)

Səfirlikdən APA-ya verilən məlumata görə, bununla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sloveniya Poçtu və “Azərmarka” şirkəti tərəfindən Mehdi Hüseynzadənin 95 illik yubileyinə həsr edilmiş poçt markasının, sloven yazıçısı Peter Amalettinin Mehdi Hüseynzadəyə həsr edilmiş “Mixaylonun qisası” adlı 2 cildlik romanının təqdimatı, həmçinin iki sənədli “Təxəllüsü Mixaylodur” və “Rus batalyonu” adlı filmlərin nümayişi keçiriləcək. Bundan başqa, Azərbaycan tərəfindən M.Hüseynzadənin dəfn edildiyi yerdə yeni memorial kompleksinin açılışı da nəzərdə tutulur.

Qeyd edək ki, noyabrın 17-də M.Hüseynzadənin həlak olduğu Vitovlye kəndindən dəfn edildiyi Çepovan kəndinədək (17,8 km) onun xatirəsinə həsr olunmuş marafon keçiriləcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR