Beyləqanda gənclər arasında dava ölümlə bitib

Beyləqanda gənclər arasında dava ölümlə bitib
# 12 fevral 2014 19:45 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, yaxın dost olan Beyləqan şəhər sakinləri Zakir Yusifli, Tural İsmayıllı və Yasin Hüseynovun arasında mübahisə yaranıb. Münasibətlərinə şəhərin "PMK" adlanan ərazisində aydınlıq gətirmək istəyən dostlar arasında əlbəyaxa dava dava düşüb.

Nəticədə Tural İsmayıllı Yasin Hüseynova boğaz nahiyəsindən bıçaqla xəsarət yetirib. Yara dərin olduğundan ikinci yerindəcə keçinib. Hadisəni törədən dostlar asayiş keşikçiləri tərəfindən saxlanılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, saxlanılan Zakir Yusiflinin 23, Tural İsmayıllının isə 22 yaşı var. Həyatını itirən Yasin Hüseynov isə 30 yaşında olub.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR