Taekvondo üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

Taekvondo üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək
# 24 dekabr 2013 13:25 (UTC +04:00)

Bakı – APA. Taekvondo üzrə növbəti Avropa çempionatı Bakıda keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu bərədə qərarı Avropa Taekvondo İttifaqı (ETU) verib.

Belə ki, qurum 2014-cü ildə Ukraynanın Xarkov şəhərində keçirilməli olan yarışı qəbul etmək hüququnu bu ölkədən alıb.

Buna ETU ilə Ukraynanın teleyayım şirkətləri arasında yaranmış problem səbəb olub. Bu səbəbdən qurum rəhbərliyi Azərbaycan Taekvondo Federasiyası ilə danışıqlar apararaq, çempionatın gələn il mayın 1-5-də Bakıda keçirilməsini razılaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR